20 Mayıs 2012 Pazar

Telkin




TƏLQİN

SABAHIN,
SABAHIN XEYİR MƏNİM SON DAŞIM,
DOĞULAN GÜNDƏN MƏNİM YOLDAŞIM
QORXULARIMDAN ÇIXAN SİR DAŞIM
OLDU QANINA QALTAN

GÜNORTAN,
GÜNORTAN XEYİR YARILAN QAŞIM
YARIMÇIQ QALAN MƏNİM SAVAŞIM
CANIMI ALAN DOĞMA QARDAŞIM
ƏRİDİ MƏNİM ŞAMIM

AXŞAMIN,
AXŞAMIN XEYİR MƏNİM BAŞ DAŞIM,
BOYUMU ÖLÇƏN UZUN QAMIŞIM
APARA BİLMƏDİYİM DAŞ QAŞIM
CANDAN DOYMAYAN YAŞIM

QORXURAM
QORXURAM ATDIĞIM SƏHV ATDIMLARDAN,
KEÇƏ BİLMƏDİYİM İMTAHAMLARDAN,
SOL ƏLİMƏ VERİLƏN KİTABLARDAN,
QARŞIDAKİ SORĞU SUALDAN

QORXURAM
QORXURAM İSTİDƏN, YANAN ALOVDAN,
SUSUZLUQDAN ÇATLAYAN DODAQLARDAN,
İÇİMDƏ QAYNAYAN DURU POLADDAN,
YUXARIDA DURAN PAKLARDAN

QORXURAM
BAĞLI AĞIZ, HƏRƏKƏTSİZ ƏLLƏRDƏN,
RAQİBİN VERDİYİ HƏQİQƏTLƏRDƏN,
ÖLMÜŞ QARDAŞ CƏSƏDİNİ YEMƏKDƏN,
MƏN-NƏKİRƏ NƏSƏ DEMƏKDƏN.


Hiç yorum yok:

Yorum Gönder